"Kiyevi almaq mümkün deyil"

10 Mart 2022 15:58

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç telemarafon zamanı bildirib ki, ölkənin paytaxtını mühasirəyə almaq mümkün deyil, ona görə də narahat olmaq lazım deyil.

Bu barədə Milli.Az UNİAN-a istinadən xəbər verir.

"Kiyevi mühasirəyə almaq mümkün deyil, onu almaq mümkün deyil. Bundan narahat olmağa dəyməz. Bizim qoşunların kifayət qədər böyük qrupu Kiyev yaxınlığında və Kiyevdə fəaliyyət göstərir ki, o da düşməni məhv edir. Dünən yenə güclü zərbələr endirildi, onlardan biri zamanı Kiyevə doğru irəliləyən alayın komandiri Brovarı tərəfdə öldürüldü. Bizim döyüş meydanında üstünlüyümüz var... onlar daim məğlubiyyət yaşayırlar", - Arestoviç bildirib.

Aslan Məmmədov
Milli.Az