Ukraynada gedən döyüşlər səbəbindən Rusiyanın Xalq artisti Yelena Yakovleva atasını dəfn edə bilmir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında yazıb.
"Mənə atamı dəfn etmək imkanı verin. Humanitar dəhlizləri açın! Ən azı uşaqlar və onların anaları üçün koridorları açın. Uşaqlı analar üçün hər şeyin nə qədər dəhşətli olduğunu başa düşürəm" - deyə, aktrisa vurğulayıb.
Qeyd edək ki, Y.Yakovlevanın atası hərbçi olub.
Milli.Az