Hazalın serialı ən çox izlənilənlər siyahısında

10 Mart 2022 13:48

Türkiyənin yeni "Netflix" layihəsi "Pera Palasda gece yarısı" ən çox izlənilənlər arasında yer alıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, serial xarici dildə ən çox izlənilən seriallar arasında ilk 10-luğa 8-ci sıradan daxil olub.

Qeyd edək ki, ekran işində baş rolu Hazal Kaya canlandırır. O, bir neçə gündür rolu ilə Türkiyə gündəmindədir.

Milli.Az