"Sevinməyimi görmək istəyən insanlarla birlikdəyəm"

10 Mart 2022 16:12

Müğənni İradə İbrahimova uzun fasilədən sonra yenidən obyektiv qarşısına keçib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı çəkdirdiyi yeni şəklini instaqram izləyiciləri ilə bölüşüb. 

İbrahimova "İçimdəki gözəli, yaxşını görən, mənə öyrədən, məndən öyrənən, sevinməyimi, məmnuniyyətimi görmək istəyən insanlarla birlikdəyəm. Dört bir tərəfim o qədər gözəl görən, baxan insanlarla doludur ki... Duam, başqaları üçün düşündükləri gözəl şeylərin qatbaqatı onların olsun. Çünki layiqdirlər" deyə, paylaşımında qeyd edib.

İzləyicilərinin əksəriyyəti yeni saç rəngini ifaçıya yaraşdırmayıblar. 

Milli.Az