Əcnəbi əri dələduz çıxdı - maşını, sənədləri və pulları ilə yoxa çıxdı

11 Mart 2022 05:22

Moskva sakini olan qadın qeyri-adi şikayətlə polisə şikayət edib.

Milli.Az REN TV-a istinadən xəbər verir ki, kubalı ərini itirdiyini deyən qadın ərinin ona məxsus avtomobil, sənədlər və pullarla birlikdə yoxa çıxdığını deyib. Mənbənin sözlərinə görə, itkin düşən dələduz hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılır.

Anar Əli
Milli.Az