Boşanacaqlarını yalanlamışdılar, amma...

10 Mart 2022 09:42

Müğənni-aktrisa Selen Görgüzellə rejissor həyat yoldaşı Hamdi Alkan boşanmaq üçün məhkəməyə müraciət edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük qarşılıqlı razılıq yolu ilə boşanmağa qərar verib. 

Hamdi Alkan artıq aktrisa ilə Zekeriyaköydə birgə yaşadığı evi də tərk edib. Onların hansı səbəbdən bu addımı atdığı isə hələlik məlum deyil.

Qeyd edək ki, cütlük ötən ay boşanmaları haqda çıxan xəbərləri təkzib etmişdi.

Milli.Az