Aİ rusiyalı Formula-1 pilotuna sanksiya tətbiq edib

10 Mart 2022 08:12

Avropa İttifaqı Formula-1 yarışının rusiyalı pilotu Nikita Mazepinə sanksiya tətbiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, paralel olaraq onun atası, Uralxim şirkətinin direktoru Dmitri Mazepinə də sanksiya tətbiq olunub və hər 2 şəxsin Avropaya girişi qadağan edilib.

Dmitri Mazepin 2011-ci ildə Formula-1 yarışına sponsorluğa başladığı vaxt oğlu da pilotlar sırasına daxil edilmişdi. Aİ-nin son qərarından sonra Nikita Formula 1-dən kənarıaşdırılıb. Onu danimarkalı Kevin Manqussen əvəz edəcək.

Milli.Az