Gürcüstanda müxalifətçilərlə polis arasında toqquşma olub
6 May 2010 17:51
Milli.Az xəbər portalının "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) binası yaxınlığında nümayişçilərlə polis arasında insident baş verib. Nazirliyin mayın 6-da - Müqəddəs Georgi Günündə Polis günü ilə əlaqədar parad keçirmək istəyinə etiraz edən müxalifətçilər DİN-in binasına tərəf yürüş keçirməyə cəhd göstərib. Yolu kəsən polis nümayişçilər tərəfindən daş-qalaq edilib. Toqquşma nəticəsində bir neçə müxalifət fəalının yaralandığı bildirilir.
Milli.Az