Azərbaycanda zəlzələ oldu

9 Mart 2022 23:49

Bu gün Mingəçevir stansiyasından 25 kilometr cənub-qərbdə - Goranboy rayonunda zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, yerli vaxtla saat 22:24-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələ hiss olunmayıb.

Milli.Az