BMT: Müharibə başlayandan Ukraynada 1424 mülki şəxs həlak olub

9 Mart 2022 21:40

Ukraynada fevralın 24-də başlayan müharibə nəticəsində indiyədək azı 1424 mülki şəxs həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu statistika BMT-nin məlumatında yer alır.

Məlumatda qeyd olunur ki, müşki əhali arasında itkilərin əksəriyyəti geniş radiuslu məhvetmə ərazisi olan partlayıcı silahlardan, o cümlədən ağır artilleriya və reaktiv sistemlərdən açılan atəş nəticəsində həyatını itirib.

Bildirilir ki, həlak olan mülki şəxslərin əksəriyyətinin cinsi müəyyən edilməyib.

Milli.Az