Ruslar Mariupolda uşaq xəstəxanasını vurdu, yaralılar var - VİDEO

9 Mart 2022 23:16

23:16

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mariupolda doğum evinin bombalanması nəticəsində 17 nəfər yaralanıb. Onların arasında yeni ana olan qadınlar da var. 

----------

19:10

Rusiya ordusu Mariupolda uşaq xəstəxanasını vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Suspilne News" məlumat yayıb.

Bildirilib ki, xəstəxanaya bir neçə bomba atılıb, bina tamamilə dağılıb.

Hələlik yaralılar barədə məlumat yoxdur.

Milli.Az