ÜST-dən koronavirusla bağlı bədbin proqnoz

9 Mart 2022 17:46

"Koronavirus pandemiyası bitmək üzrə deyil".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"COVID-19 pandemiyası bütün ölkələrdə eyni vaxtda bitəcək", - Qebreyesus vurğulayıb.

Onun sözlərinə görə. virus təkamülə davam edir.

ÜST rəhbəri xatırladıb ki, pandemiyanın başlanğıcından indiyədək 6 milyondan çox insan koronavirus səbəbindən dünyasını dəyişib.

Milli.Az