Günün qoroskopu
7 May 2010 07:00
Göylərin mənzərəsi
07 may cümə, 23-cü Ay günü, Günəş - Buğada, Ay - Balıqlarda, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Problemli günlərdən birini yaşayırsınız. Heç kəslə mübahisəyə girişməyin. Səhhətinizə qarşı diqqətli olun.
Buğa - Bütün işləriniz istədiyinizdən də yaxşı alınacaq. Ünsiyyətlərinizi çoxaldın. Maddi durumunuzu artırın.
Əkizlər - Çətin gündür. İstədiklərinizi həyata keçirə bilmirsiniz. Maneə olan qüvvələr daha güclüdür.
Xərçəng - Özünüzü rahat hiss edəcəksiniz. Maddi durumunuzu artıra biləcəksiniz.
Şir - İşləriniz alınmır. Çoxsaylı problemlər içərisində çaşıb qalmamaq üçün həll edə biləcəyinizdən başlayın.
Qız - İşləriniz yaxşı alınacaq. Ailədaxili münasibətlərdə sabitlikdir. Maddi durumunuzu artıracaqsınız.
Tərəzi - İşləriniz alınmır. Ünsiyyətlərinizdə səmimi olmağa çalışın. Səhhətinizə qarşı diqqətli olun.
Əqrəb - Gücünüz çoxdur, ünsiyyətlərinizdə fəaliyyətinizi yaxşılaşdırmaq üçün maraqlı məqamlar yaranacaq.
Oxatan - İşləriniz alınmır. Səhhətinizə qarşı diqqətli olun. Maddi imkansızlığınızı qəbul etməlisiniz.
Oğlaq - Özünüzü güclü hiss edəcəksiniz. İşləriniz alınacaq. Gücünüzə inamınız artacaq.
Dolça - Çətin keçən günlərdən biridir. Səhhətinizə qarşı diqqətli olun.
Balıqlar - Ciddi heç bir probleminiz yoxdur. Bütün işləriniz nəzərdə tutduğunuz qədər rahat və xeyirli alınacaq.
Milli.Az