Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanmış Saziş təsdiq edilib.
Milli.Az