Sosial şəbəkələrdə Rusiya ordusunun Kiyev vilayətində sıradan çıxarılan texnikasının fotoları paylaşılıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, fotolarda Rusiya ordusunun Kiyev və Çerkassı vilayətlərində darmadağın edilən texnikaları əks olunub.
ABŞ kəşfiyyatı isə Ukraynada Rusiya hərbi texnikasının itkilərini açıqlayıb.
Rusiyanın Ukraynada sürətlə hərbi texnika itirməsi faktını CNN ABŞ kəşfiyyat orqanlarının məlumatlarına istinadən yayıb.
ABŞ kəşfiyyatının məlumatına görə, iki həftə ərzində Rusiyanın itkiləri hərbi ehtiyatının 10 faizinə çatır.
Milli.Az