Hülya Avşar sevgilisinə ikinci dəfə şans verdi

9 Mart 2022 18:24

İş adamı Cemal Güzelci ilə anlaşa bilmədikləri üçün ayrıldıqlarını deyən Hülya Avşar ona ikinci şans verməsi açıqlaması ilə gündəmə gəlib. Cütlük ötən gün xəstəxanada müalicə alan qohumunu ziyarətə gedib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, 12 ildir tək olan Hülya Avşar Güzelci ilə münasibəti ilə bağlı xəstəxananın qarşısında onu gözləyən mətbuat mənsublarına açıqlama verib. Hülya Avşar jurnalistlərin "Münasibətin başlamadan bitdiyini dedin" şərhinə gülərək, "Niyə belə oldu, başa düşə bilmirəm, hər şey qismətdir" deyib.

Anar Əli
Milli.Az