Talibanın qadınlarla bağlı paylaşımı qalmaqal yaratdı - VİDEO

9 Mart 2022 18:00

Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra qadınlarla bağlı verdiyi qərarlarla diqqət çəkən Taliban 8 Mart Beynəlxalq Qadınlar Günü maeaqlı paylaşım edib. 

Milli.Az türk mediasına istinadən xəbər verir ki, Taliban rəhbərliyinin bütün əfqan qadınlarının hüquqlarını qorumaqda qərarlı olduğunu ifadə edən qurumun sözçüsü Mücahid, "8 Mart əfqan qadınlarının qanuni hüquqlarını tələb etmələri üçün böyük bir fürsətdir" deyib. Mücahidin paylaşımına cavab verən Twitter istifadəçiləri qadınlara verilən bu vədlərin tez bir zamanda həyata keçirilməsini tələb ediblər.

Anar Əli
Milli.Az