Rusiya Lvova raket zərbəsi endirdi

13 Oktyabr 2022 21:26

Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, raket zərbəsi nəticəsində hərbi obyektlərdən birinə ziyan dəyib.

"Hərbi əmlak məhv edilib, itki yoxdur", - Lvov polis idarəsinin rəisi Maksim Kozitskiy bildirib.

O, Lvov vilayətinə 3 raket atıldığını, onlardan birinin hava hücumundan müdafiə sistemi ilə vurulduğunu deyib.

Milli.Az