“Netflix”dən rus abunəçilərə xəbərdarlıq

9 Mart 2022 19:06

"Netflix" platforması rəsmi olaraq rus istifadəçilərinə xəbərdarlıq edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə" Netflix Russia"nın telegram kanalında məlumat verilib.

Qeyd olunub ki, istifadəçilər hesablaşma müddətinin sonuna qədər televiziya şoularına və filmlərə baxa biləcəklər, sonra isə abunə ləğv ediləcək.

Xatırladaq ki, martın 6-da məlum olmuşdu ki, Amerikanın filmlər və seriallar üçün yayımlanan Netflix striminq xidməti Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyada fəaliyyətini dayandırır.

Milli.Az