Rusiyada güclü partlayış - Ölənlər var - VİDEO

9 Mart 2022 12:00

Rusiyanın Penza şəhərində bitiumun saxlanıldığı müəssisədə partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar İdarəsindən bildirilib.

Məlumata görə, partlayış baş verən zaman orada 25 nəfər və 6 texnika varmış.

Hadisənin səbəbi barədə hələ ki məlumat verilməyib.

Milli.Az