Köç edən ukraynalıların kədəri... - FOTOlar

9 Mart 2022 13:42

Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat davam edir. Rusiya Moskva vaxtı ilə saat 10:00-dan etibarən "sükut rejimi" elan etdiyini açıqlayıb və Ukraynanın bir sıra şəhərindən, o cümlədən Kiyevdən humanitar dəhlizlər təmin etməyə hazır olduğunu bildirib. Bundan əvvəl də bir neçə dəfə dinc sakinlərin təxliyəsi üçün "sükut rejimi" elan olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, martın 8-nə olan məlumata görə, İrpen şəhərindən Kiyevə 3000-ə yaxın şəxs təxliyə olunub.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti İrpendən əhalinin təxliyəsinin davam etdiyini açıqlayıb.

"Ukrayinskaya Pravda" nəşri İrpen şəhərinin aviazərbələrdən sonra dağıntılarını və əhalinin təxliyə olunmasını əks etdirən görüntülər paylaşıb.

Həmin fotoları təqdim edirik:

Milli.Az