Azərbaycanda avtobusların gecə reyslərinə qadağa qoyuldu

6 May 2010 17:35
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, gecə saatlarında  avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulur. Saat 01.00-dan 06.00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyənləşdirilir.
Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 17.00-dan sonra məhdudlaşdırılır.
Nəqliyyat Nazirliyi sürücüləri və sərnişinləri ehtiyatlı olmağa və vəziyyəti düzgün qiymətləndirməyə çağırır. Çünki atılan addımlar yalnız vətəndaşların təhlükəsizliyi məqsədini daşıyır.

Milli.Az