10 ildən sonra evləndilər

9 Mart 2022 13:36

"Pearl Harbor" filminin ulduzu Coş Xartnett sevgilisi Temsin Eqertonla gizlicə evlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük ötən ilin noyabrında ailə həyatı qurub. Onların toyunda cəmi 12 nəfər iştirak edib.

Qeyd edək ki, 10 ildir münasibətdə olan Coş və Temsinin 3 övladı var. Onlar "Zamanın xaricində" filminin çəkilişləri zamanı tanış olublar.

Milli.Az