Azərbaycan idmançısı Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edə bilməyəcək.
Milli.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkəmizi Qış Paralimpiya Oyunlarında təmsil edən Mehman Ramazanzadə bu gün yarış öncəsi son məşqində aldığı ağır zədə nəticəsində yarışa çıxa bilməyib.
İdmançımıza lazım olan yardım göstərilib. M.Ramazanzadə hazırda özünü yaxşı hiss edir.
Milli.Az