Sonuncu dəfə "Kırmızı oda" serialında rol alan aktrisa Ecem Uzun evlilik yolunda ilk addımını atıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bir müddətdir eşq yaşadığı Dəniz Şeremetliylə nişanlanıb. Cütlüyün özəl gecəsində görüntülər sosial şəbəkədə yayımlanıb.
Qeyd edək ki, aktrisanın toyu yayda baş tutacaq.
Milli.Az