Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından indiyə qədər 474 mülki vətəndaşın həlak olduğunu bildirib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə UNİAN məlumat yayıb.
Statistikaya görə, 861 nəfər xəsarət alıb. BMT-yə görə, itkilər daha çox ola bilər.
"Hadisələrin baş verdiyi yerlərdən gələn bir çox hesabat hələ də əlavə təsdiq tələb edir. Döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat almaq isə gecikir", - deyə BMT bildirib.
Milli.Az