"Apple" Mac kompüterləri üçün yeni ən güclü prosessorunu təqdim edib..
Yeni M1 Ultra prosessoru saniyədə 2,5 terabit ötürmə qabiliyyətinə malik iki "M1 Max" çipi üzərində əsaslanır. Cihaz 20 nüvəyə malikdir - 16 yüksək performanslı və 4 yüksək effektivli.
"Apple" nümayəndələrinin sözlərinə görə, yeni prosessor videoların montajı və 3D render kimi mürəkkəb yaradıcı proqramlar üçün uyğundur. M1 Ultra həmçinin "Apple"ın ilk ARM prosessoru olan M1-dən təxminən səkkiz dəfə sürətlidir. Şirkətdən bildirilib ki, M1 Ultra əsasında ilk kompüter Mac Studio olacaq.
Milli.Az