Apple iPhone 13-lərini yenilədi

8 Mart 2022 23:54

Apple iPhone 13 və 13 Pro-nun yenilənmiş versiyalarını təqdim etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, hər iki smartfonun korpusu yeni rənglərdədir. Beləliklə, indi iPhone 13 qara, ağ, qırmızı, mavi, çəhrayı və yeni yaşıl rənglərdə mövcuddur, iPhone 13 Pro isə qara, ağ, qızılı, mavi və eyni yaşıl rənglərdə olacaq.

iPhone 13 və 13 Pro-nun yenilənmiş versiyalarının satışı martın 11-dən başlayacaq.

Milli.Az