Rusiyanın desant qrupu darmadağın edildi - 120 nəfər isə...

8 Mart 2022 23:31

Xarkov vilayətinin Volçansk rayonuna ruslar 3 helikopterlə desant-hücum qrupu atdılar. Ancaq onlar istəklərinə nail ola bilmədi.

Milli.Az gundem.az-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

O bildirib ki, 120 nəfərdən ibarət desant qrupu Xarkova doğru irəliləmək istəyib:

Ancaq bizim müdafiəçilər və Ukrayna ordusunun quru qoşunları desantların böyük hissəsini yerindəcə məhv etdi. Qalanlar isə Belqorod vilayəti ərazisindən Rusiyaya qaçdılar".

Milli.Az