Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb - FOTO

8 Mart 2022 21:59

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Lada-2110" markalı avtomobillə Ceyhun Süleymanovun idarə etdiyi "Vaz-21015" markalı avtomobil toqquşub.

Qəza zamanı Ceyhun Süleymanov, onun həyat yoldaşı və övladı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az