Lüksemburq Ukraynaya yardım edəcək

8 Mart 2022 21:58

Lüksemburq Ukraynaya 250 milyon avro yardım ayırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter səhifəsində məlumat verib.

"Ölkənin böyüklüyü onun hərəkətləri sübut edir. Mən Lüksemburqun baş naziri Ksavye Bettel ilə humanitar vəziyyətdən danışdıq. Ona, 250 milyon avro yardıma, sanksiyalar siyasətində liderliyə, ukraynalı qaçqınlara dəstəyə görə təşəkkür etdim", - Zelenski tviterdə yazıb..

O, həmçinin Bettellə Ukraynanın Avropa İttifaqı yolunda növbəti addımlarını müzakirə edib.

Milli.Az