Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
30 kq-da çıxış edən Sərxan Məmmədov 3-cü yer uğrunda görüşdə yunanıstanlı Nikolas Ntoniasla üz-üzə gəlib.
Rəqibini 6:1 hesabı ilə məğlub edən Məmmədov 3-cü yeri tutub.
87 kq-da mübarizə aparan Laçın Vəliyevin rəqibi ermənistanlı Gevorq Tadevosyan olub.
6:5 hesablı qələbə qazanan Vəliyev Avropa üçüncüsü olub.
77 kq-da çıxış edən Xasay Həsənli finalda gürcüstanlı Davit Soloqaşvili ilə qarşılaşıb.
Rəqibinə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ziya Babaşov gürcüstanlı Giorgi Şotadze ilə qarşılaşıb.
Rəqibinə 0:3 hesabı ilə uduzan Babaşov gümüş medalla kifayətlənib.
Milli.Az