Rus ordusu İrpen merini hədələdi

8 Mart 2022 17:48

İrpen şəhərinin meri Aleksandr Markuşin bildirib ki, Rusiya tərəfindən hədələnib və ona şəhəri təslim etməyi təklif ediblər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Markuşin sosial şəbəkə hesabında Vatsap nömrəsinə göndərilən təhdid mesajını paylaşıb.

"Mən təəccüblənirəm ki, bu canavarlar hələ başa düşmürlər - İrpen təslim olmur, İrpen satılmır, İrpen döyüşür!" - o yazıb.

Milli.Az