Sumıda əhalinin təxliyəsinin birinci mərhələsi başlayıb - VİDEO

8 Mart 2022 13:48

Sumıda əhalinin təxliyəsinin birinci mərhələsi başlayıb.

Milli.Az Ukrinform-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko Telegram-da məlumat verib.

"Sumı yaşıl dəhlizlə təmin olunub, təxliyənin birinci mərhələsinə başlanılıb".

Timoşenko həmçinin vətəndaşların getdiyi təxliyə karvanlarını əks etdirən video yayımlayıb.

Aslan Məmmədov
Milli.Az