Rusiyada koronavirusdan ölənlərin sayı 357 601 nəfərə çatıb

8 Mart 2022 16:18

Rusiyada son sutka ərzində daha 66 576 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 081 394 nəfərə çatıb.

Son sutka ərzində 649 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 357 601 nəfərə çatıb.

Milli.Az