Ukrayna-Moldova sərhədini qanunsuz keçən məşhur müğənni oğlu və nəvəsi ilə birlikdə saxlanılıb
Keçmiş SSRİ-nin tanınmış müğənnisi Sofiya Rotaru Ukrayna-Moldova sərhədini qanunsuz keçərkən Ukrayna sərhədçiləri tərəfindən saxlanılıb.
Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, saxlanılanlar arasında çağırış yaşında olan 8 ukraynalı və bələdçilik edən Moldova vətəndaşı olub. Bələdçi onları qayıqla Moldovaya keçirmək istəyib.
Onları hamısı saxlanılıb. Saxlanılanlar arasında Sofiya Rotarunun oğlu Anatoli Yevdokimenko və nəvəsi Anatoli Yevdokimenko da olub.
Milli.Az