Bakıda avtobus qəzası baş verib.
Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraçuxur-Hövsan yolunda qeydə alınıb.
Məlumata görə, ötən gecə "Azland Plaza" MMC-nin istismarında olan 161 saylı xətt üzrə hərəkət edən 99 MK 631 dövlət qeydiyyat nişanlı avtobus Qaraçuxur-Hövsan yolunda aşıb. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.
Milli.Az