Masallıda ev yanıb

8 Mart 2022 07:35

Masallı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Göyəçöl kəndində ümumi sahəsi 260 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az