Zelenski Britaniya Parlamentində videokonfrans formatında çıxış edəcək

7 Mart 2022 23:55

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya Parlamentinin İcmalar Palatasının sessiyası zamanı deputatlara müraciət edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, müraciət sabah saat 17:00-a (Bakı vaxtı ilə 21.00) nəzərdə tutulub.

Çıxış palatada quraşdırılan monitorlarda nümayiş etdiriləcək.

Milli.Az