Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundu da Belarusda keçiriləcək

7 Mart 2022 23:25

Ukrayna və Rusiya Fererasiyası arasında danışıqların dördüncü raundu da Belarus ərazisində keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski bildirib.

O əlavə edib ki, görüşün dəqiq yeri və vaxtı yaxın günlərdə məlum olacaq.

Milli.Az