Macarıstanın Baş naziri Viktor Orban Macarıstan ərazisindən Ukraynaya silah daşınmasını qadağan edən fərman imzalayıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat verib.
"Bu, hərbi əməliyyatların getdikcə Macarıstan ərazisinə yaxınlaşdığına dair xəbərdarlıq siqnalıdır", - Orban bildirib.
Baş nazir qeyd edib ki, onlar müharibəni dayandırmağa və sülhü təmin edəcək danışıqlara başlamağa çalışırlar.
Milli.Az