Rəqsanənin səsi Moskvadan gəldi

6 May 2010 17:08
Bu haqda Milli.Az xəbər portalına məlumat verən müğənni Rusiyanın bir sıra şəhərlərində solo konsert proqramı ilə çıxış edəcəyini dedi. Onun sözlərinə görə, Moskva səfəri 20-25 gün davam edəcək.
Daha sonra Vətənə dönən müğənni sifətində növbəti estetik əməliyyat keçirəcək. Əməliyyatı yerli yox, israilli həkim həyata keçirəcək.
Qeyd edək ki, dünəndən Rusiyada olan Rəqsanə İsmayılova Moskvada Azərbaycan və Ermənistan hərbçiləri arasında dava düşməsi xəbərini təəccüblə qarşıladığını dedi: "Burada heç bir kütləvi dava yaşanmayıb, tam sakitçilikdi, moskvalılar yüksək əhval-ruhiyyə ilə 9 may Qələbə Gününü qeyd etməyə hazırlaşırlar" - deyə Rəqsanə bildirdi.

Aysel
Milli.Az