Musa Yaqubun qəbirüstü abidəsi hazırdır

7 Mart 2022 12:22

Mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi hazırdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə abidənin müəllifi, Xalq rəssamı, heykəltəraş Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, qəbirüstü abidə Xalq şairinin vəfatının ildönümünə qədər qoyulacaq.

Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Milli.Az