Gürcüstanda COVID-dən ölənlərin sayı 16 398 nəfərə çatıb

7 Mart 2022 18:00

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 910 yoluxma halı qeydə alınıb, 32 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 626 282, xəstəlikdən ölənlərin sayı isə 16 398 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 1 562 614 nəfərin sağaldığı bildirilib.

Milli.Az