Namikin baş məşqçisi istefaya göndərildi

7 Mart 2022 18:30

Millimizin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" baş məşqçisi Tamer Tuna ilə yolları ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, "Bursaspor" Türkiyə 1-ci liqasında 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, T.Tuna ötən ilin dekabrında klubun baş məşqçisi təyin olunmuşdu.

Milli.Az