Matç zamanı stadionun üzərindən asteroid keçdi - VİDEO

7 Mart 2022 09:18

İtaliyada futbol matçı zamanı maraqlı hadisə olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, A Seriyasının XXVIII turunun "Roma" - "Atalanta" matçında görüşün keçirildiyi "Olimpiko" stadionunun üzərindən asteroid uçub.

Azarkeşlərdən bəziləri həmin anları videoya çəkə biliblər. Görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Qeyd edək ki, "Roma" - "Atalanta" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az