ABŞ Polşanın Ukraynaya qırıcı təyyarələr verməsinə razılıq verib

6 Mart 2022 22:35

ABŞ dövlət katibi Entoni Blinken Polşanın Ukraynaya döyüş təyyarələri göndərmək planlarına ölkəsi tərəfindən razılıq aldığını və Bayden administrasiyasının bu ehtiyacları ödəməyə çalışacağını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə dövlət katibi CBS telekanalının efirində deyib.

ABŞ rəsmisi NATO üzvü olan Polşanın Ukraynaya döyüş təyyarələri verə biləcəyi ilə bağlı suala "buna yaşıl işıq yanıb", - deyə cavab verib.

"Döyüş təyyarələrinin ukraynalılara verilməsi və onların yanacaq məsələsi haqqında polşalı dostlarımızla danışıq aparırıq", - deyə Blinken əlavə edib.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Ukrayna ilə cənub-şərqindən qonşu olan Moldovadadır.

Milli.Az