Türkiyədə koronavirusdan daha 170 nəfər ölüb

6 Mart 2022 20:05

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 170 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 348 min 146 nəfərin test edildiyi, 27 min 671 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 50 min 241 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Milli.Az