Çavuşoğlu ukraynalı və rusiyalı həmkarları ilə danışıb

6 Mart 2022 20:45

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bundan əlavə, Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla da danışıq aparıb.

Qeyd olunub ki, tərəflər Ukraynadakı son vəziyyəti müzakirə edib.

Milli.Az