Ukrayna bir neçə ay müddətində nüvə silahı yarada bilər.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, belə bir iddianı TASS öz mənbələrinə istinadla yazıb.
Mənbə bildirib ki, 20 ildən artıq müddətdə nüvə silahı və raket sahəsində Ukrayna ciddi irəliləyiş əldə edib:
"Xüsusilə, nüvə zəncirvari reaksiyalarının modelləşdirilməsi, parçalanan materialların izotoplarının ayrılması, eləcə də nüvə materiallarının tədqiqi və metallurgiya sahəsində mühüm nəticələrə nail olub".
Qeyd edək ki, Ukrayna lideri Zelenski ölkəsinin 1994-cü il Budapeşt memorandumundan çıxa biləcəyini və nüvə silahı yaratmaq üçün çalışacağını istisna etməmişdi. Çünki Budapeşt memorandumuna görə Ukrayna ABŞ, Rusiya və Britaniyanın suverenliyinə və təhlükəsizliyinə təminat verməsi müqabilində nüvə silahından imtina etmişdi. Onun suverenliyinə və təhlükəsizliyinə təminat verənlərdən biri - Rusiya isə ərazisini işğal edib.
Milli.Az